Universal arxitektura
Hər kəs yaxşı avtomobilə layiqdir. Yaxşı avtomobilin təməli modul tipli platformalar üzərində qurulan arxitekturaya arxalanır. Universal modul tipli, miqyaslaşdırıla bilən arxetikturalara keçid yeni texnologiyaları daha tez və daha az büdcə ilə yaratmağa, bu isə öz növbəsində, kər kəsə təkmilləşdirilmiş avtomobildən zövq almaq imkanı verir.
CMA
Kompakt modul tipli arxitektura
Nəqliyyat vasitələrinin arxitekturasının inkişafı universallaşdırma istiqamətində atılan bir addımdır. Geely Auto-nun bu istiqamətdə atdığı ilk addım Götebörqdəki (İsveç) CEVT mərkəzində Volvo Cars-la birgə yaradılmış kompakt modul tipli arxitekturadır (CMA). Kiçik və ortaölçülü avtomobillər üçün nəzərdə tutulmuş yüksək çevikliyə malik və miqyaslaşdırıla bilən CMA arxitekturası qabaqcıl Avropa tədqiqat və inkişaf konsepsiyalarını bütün dünyadan olan ən son texnologiyalarla özündə birləşdirir. Bu arxitektura Volvo və LYNK & CO və həmçinin Geely Auto-nun ən son məhsulları üçün yeni təməl olmuşdur. Ənənəvi platformalardan fərqli olaraq, yeni arxitektura çevikliyi sayəsində özündə bir sıra kompakt və ortaölçülü məhsulları və sedanlar, hetçbeklər, kupelər, SUV-lər, krossoverlər, kupe-krossoverlər və s. kimi müxtəlif modelləri əhatə edə bilər.
BMA
B seqment üçün modul tipli arxitektura
B seqment üçün modul tipli arxitektura – Geely Auto tərəfindən müstəqil şəkildə yaradılmış tam yeni qlobal modeul tipli arxitekturadır. Daha öncə Geely Auto və Volvo Cars tərəfindən yaradılmış CMA kimi, BMA da yüksək çeviklik və miqyaslaşdırmanı dəstəkləyir. Geely-nin BMA arxitekturası Geely-nin Hancouda yerləşən tədqiqat və inkişaf mərkəzində çalışan 20-dən çox ölkədən olan modeul arxitekturası üzrə 100-dək ekspertin səylərinin nəticəsidir.
BMA arxitekturasını tikinti blokları kimi azad şəkildə birləşdirilərək saysız-hesabsız müxtəlif növ nəliyyat vasitələri yaratmaq üçün güc, elektrik, şassi və kuzov modullarının toplusu kimi təsvir etmək mümkündür. Modullar arasındakı interfeys standartlaşdırıldıqdan, arxitektura qaydalarına əməl edən mühəndislərə istənilən növ subkompakt nəqliyyat vasitələri – sedanlar, krossoverlər, MPV-lər və SUV-lər – yaratmağa imkan verir.