Dizayn fəlsəfəsi

Geely Auto industriyadakı qlobal trendləri izləməklə yanaşı həm də öz avtomobillərində milli xüsusiyyətləri qoruyub saxlamağı önəmli hesab edir.

Dizayn fəlsəfəsi

Şirkət, diqqətini qlobal dizayn trendləri üzərində cəmləşdirir və həmçinin milli xüsusiyyətləri qoruyub saxlayır. Geely Design – gənc və dinamik qlobal bir komandadır. Geely Design – Geely tərəfindən istehsal edilən avtomobillərin avanqardı olmaqla yanaşı, həm də Geely Avtomobil Şirkətləri Qrupuna daxil olan LYNK & CO və London Elektrik Avtomobil Şirkəti (LEVC) kimi törəmə brendlərlə də əməkdaşlıq edir.

Geely Auto-nun dizayn fəlsəfəsi sadədir – Çin markası olaraq, Geely Auto qlobal tendensiyaları izləməli, lakin avtomobillərində şirkətin haradan gəldiyini əks etdirməlidir.

Geely Auto brend atrİbutları

Geely Auto dizaynının təməlindəki bu əsas prinsiplər istənilən istehlakçının tələblərinə cavab verməyimizi təmin edir və Geely Auto məhsullarının seqmentində lider olmasına zəmanət verir.