G-Safety
G-Safety sərnişinləri və piyadaları müdafiə edən çoxşaxəli təhlükəsizlik sistemləridir. Passiv və aktiv təhlükəsizlik sistemləri həm Geely avtomobildəkilərin, həm də Geely avtomobilinin ətrafındakılarının müdafiəsini təmin edir. Hal-hazırda bu texnologiya Emgrand GT, X7 Sport, Emgrand GL modellərinin bəzi versiyalarına və digər 3-cü nəsil Geely avtomobillərinə inteqrasiya olunub.
360 dərəcə təhlükəsizlik
Piyadaların, velosipedçilərin və iri heyvanların təhlükəsizliyini təmin etmək məqsədilə Geely təhlükəni aşkar edən, qarşısını alan, ondan yayınan və mümkün zədələnmələri azaldan dörd səviyyəli “Piyadaların müdafiəsi sistemini” yaratmışdır. 360 dərəcəlik təhlükəsizlik identifikasiyası zonası mümkün təhlükələri vaxtında aşkar edərək onlardan yayınmaq üçün zəruri tədbirlər görür.
Rahat səyahət
Gündüz işıqları, göstəricilərin ön şüşəyə proyeksiyası, idarəedici displeylər və intellektual səslə idarəetmə kimi çoxsaylı texnologiyalar sürücü üçün mükəmməl görüntünü təmin edir və ona diqqətini yolda cəmləməyə imkan verir. Diqqətli sürücü təhlükəsiz sürücüdür.
İntellektual idarəetmə sistemi
İntellektual idarəetmə texnologiyası ikinci sürücü kimi sürücüyə hərəkət zamanı yardımçı olaraq daha rahat idarəetməni təmin edirlər. Adaptiv kruiz-kontrol (ACC) avtomatik olaraq avtomobili öndəki avtomobildən təhlükəsiz məsafədə saxlayır, elektrik ötürücülü parklama əyləci (EPB), sükanln elektrik gücləndicisi (EPS), avtomatik saxlama funksiyalı əyləc sistemi (Autohold) və avtomatik parklama funksiyası dayanmanı, dönməni və parklamanı daha da asanlaşdırır.
Qəzaların aktiv profilaktikası
Tam təhlükəsizlik yalnız təhlükənin qarşısı tam alındıqda mümkündür. Aktiv qəza tormozlaması sistemi (AEB), parklama əyləci üçün idarəolunan yavaşlama (CDP) və avtomobilə dinamik nəzarət sistemi (VDC) kimi aktiv təhlükəsizlik sistemləri sürücülərə qəzaların qarşısını almağa və ya qəza baş verərsə, onun fəsadlarını yüngülləşdirməyə kömək edir.
Həyatlar xilas edən passiv təhlükəsizlik
Qəza baş verdiyi təqdirdə passiv təhlükəsizlik texnologiyaları avtomobilin daxilindəki insanların həyatını xilas etməyə kömək edir. Yüksək möhkəmliyə malik polad korpus, təkmilləşdirilmiş təhlükəsizlik kəmərləri, hava yastıqları, oturacaqlar və interyerin xüsusi quruluşu sayəsində sərnişinlər zədələrdən mühafizə olunurlar.