G-Pilot
Özü idarə olunan avtomobillər çoxlarına əlçatmaz arzu kimi görünə bilər, amma gələcək gözlədiyimizdən tez gəlir. G-Pilot – intellektual idarəetmə texnologiyalar üzərində qurulmuş və bazarın gələcək tələbatlarını təmin etmək üçün yaradılmış Geely-nin avtonom idarəetmə texnologiyasıdır.
Adaptiv kruiz-kontrol
İntellektual adaptiv kruiz-kontrol (ACC) sürücülərə rahat səhat etmək imkanı bəxş edir. Avtomobilin ön hissəsində yerləşən radar öndə hərəkət edən nəqliyyat vasitəsini məyyən edərək, avtomatik rejimdə onun sürətinə uyğunlaşır və ona qədər təhlükəsiz məsafəni saxlayır. Sürücülər ayaqlarına tənəffüs vermək üçün istənilən sürətdə kruiz-kontrola müraciət edə bilərlər.
Hərəkət zolağını tərk etmə xəbərdarlığı
Sürücünün fikirləri dolaşıq olanda, onun avtomobili də dolaşıq hərəkət edir. Hərəkət zolağını tərk etmə xəbərdarlığı sistemi sürücünü hərəkət zolağından çıxdığı barədə məlumatlandıraraq yol-nəqliyyat hadisə riskini azaldır və ümumilikdə yol hərəkəti təhlükəsizliyini yüksəldir.
Parklama assistenti
Rahat parklama hər adamın işi deyil. Parklama assistenti ilə artıq bu problem deyil. Yer taparaq, sistem özü parklama prosesində sürücüyə yardımçı olacaq. Hətta dar yerlərdə və ya gecə vaxtı parklama assistenti sürücünü tam dəqiqliyi ilə istiqamətləndirəcək.
Gizli zonalara nəzarət
Gizli zonalarda avtomobilin olub-olmamasından artıq narahat olmağa dəyməz. Gizli zonalara nəzarət sistemi ilə siz bu barədə hər zaman məlumatlı olacaqsınız. Hər dəfə bu zonalara avtomobil daxil olduqda xəbərdarlıq siqnalı səslənəcək.
Adaptiv uzaq işıq
Uzaq işıqla qarşıdan gələn avtomobilin sürücüsünün gözünü qamaşdırmaq nəzakətsizliklə yanaşı, həm də təhlükəlidir. Geely avtomobillərindəki intellektual adaptiv uzaq işıq sensorları qarşıdan gələn avtomobili müəyyən etdikdə avtomatik olaraq yaxın işığa keçirlər. Qarşıdakı avtomobil keçib getdikdən sonra sistem avtomatik olaraq yenidən uzaq işığa keçir.
Qəzaların müəyyən edilməsi və qarşısı alınması
Cəld reaksiya tələb olunduğu hallarda indi kompüterlər insanlardan daha cəlddilər. Potensial qəza şəraitində olum və ya ölüm anında cəld reflekslər çox hallarda həlledici faktor olurlar. Qəzaların müəyyən edilməsi və qarşısı alınması sisteminin bamperdə yerləşən həssas sensoru qarşıdakı nəqliyyat vasitəsinin qəfil tormozlaması və ya dayanmasını müəyyən etdikdə sürücüyə tormozlama zərurəti barədə məlumat verir. Sürücü vaxtında reaksiya vermədiyi halda sistem avtomatik olaraq özü tormozlayır. Sistemin cəld reaksiyası sayəsində sürücülər qəzadan qaça və ya qaçılmaz hallarda ən azından qəzanın fəsadlarını azalda bilərlər.