G-Blue
Daha çox insanlar üçün avtomobillər üçüncü yaşayış məkanına çevrildiyindən sağlam daxili mühitin vacibliyi getdikcə artır. G-Blue sağlam daxili mühitin inkişafına fokuslanmaqla yanaşı, həm də avtomobilləri daha da ekoloji edir.
Sağlam ətraf mühit naminə
Hava tullantılarının monitorinqi və izolyasiyası sistemləri Geely avtomobillərinin həm xaricində, həm də daxilində olan havanın keyfiyyətini müəyyən edərək zərərli tullantıların salona daxil olmasının qarşısını alırlar. Hava keyfiyyətinə intellektual nəzarət sistemi isə salondakı havanı avtomatik rejimdə təmizləyərək sürücü və sərnişinlərin sağlamlığını qoruyur.
Eko-yönümlü materiallar
İnteryer və eksteryer materialları onların ekoloji təmizliyi nəzərə almaqla seçilib. İstifadə olunan boyalar su əsaslıdır, adqeziv materiallar buxarlanmayan, istehsalat prosesi isə ətraf mühiti nəzərə almaqla təşkil olunub. Bunların hamısı salonda qoxuların, qazların və zərərli buxarlanmaların olmayacağına zəmanət verir.
Ətraf mühiti qoruyan yeni enerji
Ətraf mühiti qoruyub saxlamaq üçün son nəticədə ənənəvi yanacaq növlərindən imtina etmək, tullantıları ləğv etmək və ya azaltmaq lazımdır. Yeni enerji sahəsində Geely qabaqcıllar sırasındadır. Geely-nin CHS sistemi Çində yaradılmış ilk müstəqil hibrid və təmiz elektroenergetik sistemdir.
Akkumulyator temperaturuna intellektual nəzarət sistemi
Akkumulyator texnologiyasınında əsas məneələrdən biri temperaturun tənzimlənməsidir. Çox soyuq olduqda akkumulyatorları doldurmaq çətinləşir, çox isti olduqda isə toplanmış enerji ehtiyatını qoruyub saxlamaq. Akkumulyatorların istənilən mühitdə səmərəliliyi optimallaşdırmaq məqsədi ilə Geely Çində ilk olaraq akkumulyatorların temperaturunu tənzimləyən intellektual sistemlər yaratmışdır.
Az tullantılar naminə daha az çəki
Avtomobilin çəkisinin hər 100 kq azaldılması yanacaq sərfiyyatını 0,45 litr, karbon qazı tullantılarını 800-1100 q, zərərli tullantıları isə 92 q azaldır. Yüngül çəki yalnız qənaət üçün deyil, həm də ətraf mühit üçün önəmlidir. Geely-nin peşəkar “yüngülləşdirici” komandası mövcuddur. Bu komanda üzvlərinin əsas işi hər bir detalı mümkün qədər yüngülləşdirməkdən ibarətdir.