Şirkətin tarixçəsi
Geely Auto 1.0 Erasından 3.0 Erasına
2019
Geely Holdinq Qrupu və Daimler AG premium elektrik avtomobilləri və hibridlərin vahid brendini hazırlamaq məqsədilə Smart Automobile Co. Ltd. birgə müəssisəsinin yaradıldığını elan etmişdirlər.
2018
Geely Holdinq Qrupunun rəhbəri alman avtomobil istehsalçısı Daimler AG şirkətinin 9,69% səhmlərini almış və onun əsas səhmdarına çevrilmişdir.
2017
Geely Avtomobil Qrupunun aparıcı tədqiqat və inkişaf mərkəzi olan Geely Tədqiqat İnstitutu Ninbo, Hançjou körfəzində rəsmi olaraq açılmışdır. Volvo Avtomobilləri və Geely Holdinq texnologiya və satınalma sahəsində Volvo, Geely Auto və LYNK & CO üçün birgə mənfəət qazanmaq naminə yeni GV Avtomobil Texnologiyası Co. Ltd (Ninbo) adlı birgə texnoloji müəssisə təsis edilmişdir.
Geely və Volvo-nun birgə satışları ilin ilk yarısında 800,000 ədədi ötdü; Lotus və PROTON-un səhmlərinin nəzarət paketinin alınması barədə sövdələşmə başa çatnışdır.
Geely Holdinq Qrupu Terrafugia uçan avtomobillərinin hazırlanması üzrə amerikan startapını almışdır.
2016
Oktyabr ayında Geely Berlində yeni LYNK&CO brendini və Geely ilə Volvo arasındakı əməkdaşlığın nəticəsi olan onun ilk 01 modelini təqdim etmişdir. Geely 2020-ci ilə qədər 900,000 SUV, 850,000 minik avtomobili və 250,000 MPV olmaqla ildə iki milyon Geely avtomobili satmaq məqsədi daşıyan “2020” strategiyasına start verir. Şirkət perspektivdə innovativ texnologiyaların və alternativ enerji mənbələrinin inkişafına arxalanır.
2015
Tədqiqat mərkəzi və yeni London Taksi Şirkəti (LTC) zavodunun inşası üçün 300 milyon funt sterlinq sərmayə yatırılmışdır. 2020-ci ilə qədər 40-a yaxın hibrid və elektrik avtomobili modelləri istehsal etmək məqsədi daşıyan BLUE GEELY (MAVİ GEELY) strategiyası qəbul edilmişdir. Beləliklə, təyin olunmuş tarixə qədər Geely-nin satışlarının 90%-i elektromobillər və hibrid avtomobillər təşkil edəcəkdir.
2013
Hötebörqdə (İsveçrə) tədqiqat mərkəzinin açılışı.
2012
Geely Holdinq Qrupu dünyada ən böyük “Fortune Global 500” şirkətlərindən biridir.
2010
Geely mart ayında Ford Automotive-dən Volvo Cars Corporation şirkətini satın almışdır.
2009
Geely Avstraliyadakı DSI (Drivetrain System International) transmissiya istehsalı üzrə zavoda nəzarəti təmin edir. Geely Rusiya bazarına daxil olur.
“Hər kəs üçün zərif avtomobillər yaradırıq”
Geely Auto 3.0 Erası
2007
Geely brendinin əsas dəyərləri də daxil olmaqla, şirkətin müştəri təcrübəsi prizmasından bütün səviyyələrdə brendin yenidən pozisiyalandırılması.
2006
Məşhur London taksilərini istehsal edən “Manganese Bronze Holdings” (MBH) Britaniya şirkətinin səhmlərinin nəzarət paketinin alınması.
2005
Geely Holdinq Qrupu öz səhmlərini Honkonq Birjasında yerləşdirərək, IPO-ya çıxır (HK: 0175).
2003
Geely Holding Group Co., Ltd-nin təsis edilməsi.
2002
Geely Auto Çinin ən iri 10 avtomobil şirkəti arasındadır.
1998
İlk Geely avtomobili – heçbek X9 SUV modelinin bazara daxil olması.
1997
Geely şirkətinin avtomobil bazarına daxil olması.
1996
Geely Group Co., Ltd-nin təsis edilməsi.
1994
Geely motosikl bazarına daxil olur.
1986
Geely şirkəti təsis edilir.