Piter Hörberi (Peter Hobury)
Dizayn üzrə İcraçı Vitse-Prezident
Piter Hörberi avtomobil aləmində əfsanəvi addır. O, dizayn üzrə icraçı vitse-prezident qismində “Geely Auto”-nun və yeni LYNK & CO brendinin inkişafına rəhbərlik edir. Şotlandiyada dizayn mərkəzində fəaliyyət göstərən Piter Hörberi Şanxaydan Barselonaya və Götebörqdan Kaliforniyayadək dörd Geely dizayn studiyasının işinə rəhbərlik edir. Müasir kommunikasiya texnologiyalarının sayəsində Piter hər bir studiya layihəsinin nəticələrinə real zaman rejimində nəzər yetirmək imkanına malikdir.