Met Nikolson

Met Nikolson (Mat Nicolson)

Heykəltəraş

Met Nikolson təsvirlərin yaradıcısıdır; onun işi yumşaq gildən tamölçülü modellərin yaradılmasından ibarətdir. Bu gil modellər ən erkən mərhələlərdə bizim avtomobillərin layihələndirilməsini asanlaşdırır. Demək olar ki, onun sayəsində dizaynerlərin ideyaları ilk dəfə olaraq fiziki obyekt formasında peyda olur. Seriyaya gedəcək avtomobilin dizaynerlər komandasını tam razı salan ən son üçölçülü görüntüsü əldə olunanadək bu ideya heykəlləri daim dəyişikliklərə məruz qalacaq.

20 ildən artıq modelləşdirmə sahəsində çalışan Met ən tanınmış avtoistehsalçılar üçün saysız-hesabsız gil modellər hazırlamışdır. Sonra o, Şanxaya köçərək Geely Design-da gil modellər və avtoşoular üçün hazırlanan konseptual avtomobillər üzərində çalışmağa başlayıb.

Heykəltəraşlığa həfəs Metdə çox kiçik yaşlarından yaranıb. Uşaqlıqda anası onu vannada çimizdirərkən o, məqam tapan kimi sabundan avtomobil və ya dinozavr fiquru düzəldərmiş.

Bununla da, incəsənətə və heykəltəraşlığa olan həvəs bu birminqemlinin (Böyük Britaniya) həyat tərzinə çevrildi.

Sabun üzərində heykəltəraşlıq bacarıqlarını təkmilləşdirmək məqsədilə, Met universitetdə təsviri incəsənəti öyrənib. Rəssamlıq və heykəltəraşlıq məşğələləri sayəsində püxtələşən Met, Avropanın müxtəlif yerlərində işlədikdən sonra 2012-ci ildə Geely-nin sürətlə inkişaf edən Şanxay dizayn studiyasından gələn təklifi qəbul edir. Onun fikrincə bu, vaxtında verilmiş qərar idi.

Metin fikrincə, gil ilə iş sinirləri sakitləşdirir, gilin yumşaq təbiəti sayəsində ondan sırf kompüter monitorunda vizuallaşdırması çətin olan müxtəlif formalar əldə etmək mümkündür. O, hər gil model üzərində iki həftəyədək çalışır. Yalnız avtomobilin arzuladığı formasını əldə etmək üçün saatlarla vaxt sərf edir. Belə vaxtlarda o, nə qəhvə içmək üçün fasilə edir, nə də ki mobil telefonun zənglərinə cavab verir.

Onun özünün etirafına görə, karyerası ərzində çoxlu sayda gil modellər hazırlayıb. Onların hamısı sonda məhv edilir, ona görə də onun işində sentimentallığa yer yoxdur.

Avtomobil dizaynerləri öz əl işlərini bütün dünyanın yollarında gördüyü halda, Met öz işini qısa bir müddətdə seyr edə bilir: model dağıdılır və gil yeni layihədə istifadə olunur. Metin fikrincə, “bu normaldır, çünki gilin təbiəti belədir“.

“Gil – sadəcə gələcək məhsulun fiziki təsvirini görmək və istənilən dəyişiklikləri etmək imkanı bir kətandır. Gil ilə işləmək çox maraqlıdır, o, bizə bir-iki günlük də olsa gələcəyi görməyə imkan verir. Sonra isə yenidən yeni layihələr üçün hazır olur”.