Qay Börqoyn

Qay Börqoyn (Guy Burgoyne)

Şanxay dizayn studiyasının rəhbəri

Qay Börqoyn sirli bir insandır; Britanıyada doğulmuş, İsveçdə karyerasını qurmuş və Avstraliya ləhcəsi ilə danışan birisi kimi o, qlobal avtomobil sənayesinin məhsuludur.

Qlobal mühitdə işləməsi Qayın hər şeyə müxtəlif perspektivlərdən baxmaq bacarığını möhkəmlətmiş və ona Şanxayda hərtərəfli mükəmməl dizayn komandasını yaratmağa imkan vermişdi.

Koventri Universitetini avtomobil dizaynı üzrə magistr dərəcəsi ilə bitirdikdən sonra Qayın birinci iş yeri Götebörqdə (İsveç) Volvo şirkətində olub. Burada o, Piter Hörberi ilə birgə Volvo-da inqilab etməli idilər: qutuyabənzər dizaynı yeni zərif dizayn fəlsəfəsi əvəzlədi.

İsveçdən sonra karyerasını Avstraliyadya davam edən Qaydan sürətlə böyüyən Geely Auto-nun brend dilinin inkişafına bir inqilabi təkan verməyini xahiş etdilər. 2013-cü ildə o, Geely Desing Shanghai-a gələrək həm Çin bazarına uyğun, həm də qlobal bazarlar üçün cəlbedici olan zəngin çin mədəniyyətinə arxalanan dizayn üslubunu inkişaf edə biləcək qlobal komandanın təşkilinə başladı.