GeelyAuto Halonq Körfəzi Forumunda avtomatik idarəetmənin gələcəyinə dair öz konsepsiyasını təqdim edir.
Geely 2022-ci ilə qədər V2X və 5G dəstəyi ilə 4-cü səviyyəli (L4) avtomatik idarəetmə yaratmağı planlaşdırır.
Geely-nin avtomatlaşdırılmış parklama sistemi avtomatik parklamanı və sürücüsüz avtomobil çağırmaq bacarığını təmin edəcəkdir.
Geely Hançjou körfəzində Ninbonu “ağıllı” şəhərə və avtomatik idarəetmə sahəsinə çevirməyə kömək edəcəkdir.
Geely sənaye üzrə liderliyi ələ alaraq, 2019-cu ildə 2-ci səviyyə (L2) avtonom idarəetmə texnologiyası olan 450,000-dən artıq avtomobil satmışdır.
“Geely Auto Group” hökumət rəsmilərini, eləcə də avtomobil, telekommunikasiyalar və İT şirkətlərini bir araya gətirən 2019-cu il illik Halonq Körfəzi Forumunda avtonom idarəetmənin gələcəyinə dair konsepsiyasını açıqlamışdır.
“Geely Auto Group” Çində avtomatik idarəetmə texnologiyasının liderlərindən biri kimi, 2-ci səviyyə (l2) avtomobil texnologiyalarını hazırlayan ilk şirkətlərdən olmuşdur. “Geely Auto” 2019-cu ilin ilk dörd ayında bu sistemlərlə təchiz edilmiş 450,000-dən artıq avtomobil (yolda ən təhlükəsiz avtomobillərdən) satmışdır.
“Geely Auto” 2022-ci il Asiya Oyunlarının rəsmi tərəfdaşı kimi, “Geely ilə Asiya Oyunlarında mobillikdən həzz al” tədbiri zamanı istifadə ediləcək avtomatik idarəetmə həllərinin hazırlanmasını öz üzərinə götürüb. “Geely Auto” 2022-ci ilə qədər 5G şəbəkə texnologiyalarından, periferik hesablamadan və V2X infrastrukturlu avtomobil kommunikasiya texnologiyalarından istifadə edən tam avtomatik sistem yaradacaqdır. Bu sistem 2022-ci il Asiya Oyunlarının atletləri və tamaşaçılarını tədbirin başlcıa məkanları arasında daşıyan avtomatik avtomobillərin yaradılması məqsədilə hazırlanmışdır.
Növbəti addım qismində “Geely” avtomobillərə V2X sistemləri və 5G şəbəkələrindən istifadə vasitəsilə avtomobillərin avtomatik qaydada parklanmasına və arzuolunan məkana çağrılmasına imkan verən avtomatlaşdırılmış parklama sistemi hazırlayacaqdır. “Geely Auto”-nun araşdırmasına görə, Pekin kimi mühüm şəhərlərdə sürücülər parklama yeri axtarmaq üçün gündə 30 dəqiqə sərf edir. Eyni zamanda Şanxay sürücüləri hər dəfə öz avtomobillərini ticarət mərkəzləri yaxud supermarketlərdə böyük avtomobil parklarında qoyaraq, bazarlığa germək üçün 25 dəqiqəyə qədər vaxt sərf edirlər. “Geely”-nin avtomatlaşdırılmış parklama sistemi bu prosesi daha rahat və sürətli edəcəkdir.
Eyni zamanda Halonq Körfəzi Forumunun bir hissəsi kimi, “Geely Auto Group” ilə Ninbo hökuməti arasında Hançjou Körfəzində avtomatik idarəetmə sahəsinin yaradılması, eləcə də şəhərin “ağıllı” şəhərə çevrilməsinə dair saziş imzalanıb.2019-cu ilin avqust ayından başlayaraq, yol sensorlarının quraşdırılması, periferik hesablamalarının aparılması və V2X və 5G həlləri avtomatik avtomobillərin digər avtomobillərlə və onların ətrafındakı infrastrukturla kommunikasiyasına imkan verən tam kompleks sistem yaratmağa kömək edəcəkdir.
“İntellektual avtomatik idarəetmənin məqsədi avtomobillərə və infrastruktura problemsiz kommunikasiya imkanı verən təhlükəsiz, etibarlı sistem yaratmaqdır”, – “Geely Holding Group”-un sədri Li Shufu bildirib.
“Geely Auto Group”-un rəhbər şirkəti “Zhejiang Geely Holding Group” artıq aparıcı texnologiya təminatçıları, o cümlədən 5G və V2X tətbiqetmələrinin icrası üçün “Geely Auto Group” ilə işləyəcək Çin Telekom ilə bir sıra strateji müttəfiqlik sazişləri bağlayıb.
“Geely Auto” özünün əsas alətlərindən biri kimi, avtomatik diarəetmə texnologiyası ilə texnologiya lideri olmaq niyyətinə sadiqdir. Biz hazırda həm Çin, həm də qlobal bazarlara uyğun olan dördüncü dərəcəli (L4) avtomatik sistemlərin hazırlanmasına diqqətimizi cəmləmişik”, – “Geely Auto Group”-un prezidenti və baş icraçı direktoru Anh Tsonghui şərh edir.
Şirkət haqqında:
“Geely in Russia” (GILI-MOTORS LLC, www.geely-motors.com) Geely Beynəlxalq Korporasiyasının subsidiar şirkəti və “Geely” brendinin Rusiyadakı eksklüziv distribüteridir. Hazırda şirkətin diler şəbəkəsi Rusiyanın 49 şəhərində təmsil edilir və buraya 59 diler mərkəzi daxildir. Geely nümayəndəliyi aparıcı “Geely Atlas” krossoveri, Emgrand GT biznes sedanı, Emgrand 7 sedanı və Emgrand X7 krossoveri ilə təmsil olunur.
1986-cı ildə təsis edilmiş “Geely Holding Group” bu gün həm daxili, həm də xarici bazarlarda iştirakı ilə Çinin aparıcı avtomobil istehsalçılarından birinə çevrilmişdir. “Geely Holding Group”a Çinin ən böyük şəxsi avtomobil istehsalçısı “Geely Auto”, “Volvo”, Malayziyanın “Proton” və Britaniyanın “Lotus” şirkətləri daxildir. Holdinqə eləcə də “ Lynk & Co”, “London Elektrik Avtomobil Şirkəti”, uçan avtomobillər istehsalçısı “Terrafugia” və dünyanın ən böyük transmissiya istehsalçılarından biri olan “Drivetrain Systems International” (DSI) daxildir. “Geely Holding Group”un Çində 12, dünyada isə daha 6 zavod, eləcə də Çin, İsveç və İngiltərədə tədqiqat mərkəzləri, Şanxay, Götünborq, Barselona və Los-Ancelesdə dizayn büroları vardır.
“Geely Design” “Geely Auto Group” brendləri, o cümlədən “Geely Auto” və “LYNK & CO” üçün işləyən qlobal studiya şəbəkəsidir. Dizayn mərkəzləri Şanxay, Götenborq, Barselona, Koventri və Kaliforniyada yerləşir və “Geely Auto Group”-un Dizayn üzrə ali vitse-prezidenti Peter Horburynin rəhbərliyi altında fəaliyyət göstərir.