6 yanvar 2020-ci il, Hançjou, Çin. “Geely Automobile Holdings Limited” (Geely Auto) məlumat verib ki, 2019-cu il dekabr ayının satışları (o cümlədən Qrupun 50%-nin sahibi olan birgə müəssisə tərəfindən satılmış Lynk & Co-brendli avtomobillərin satışı) 130,036-ya çatmışdır, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 39,3% artıqdır. 2019-cu ildə kumulyativ satışlar 2019-cu ilin yenilənmiş illik hədəfini ötərək, 1,361,560-a çatmışdır. Çinin avtomobil bazarında mövcud iqtisadi böhrana baxmayaraq, Geely Auto-nun bazardakı payında artım olmuşdur və şirkət üç il ardıcıl şəkildə ən yaxşı satılan Çin brendi kimi, öz mövqeyini saxlamışdır.

 

Geely Auto 2020-ci ildə sabitliyə diqqəti cəmləməklə, öz yüksək keyfiyyətli inkişaf strategiyasının icrasına davam edəcək və illik hədəfini 1,41 milyon vahid miqdarında təyin etmişdir, bu isə 2019-cu il ilə müqayisədə 3,6% artıma bərabərdir.

 

Geely-nin yeni enerji avtomobillərinin satışı 2019-cu ildə əhəmiyyətli dərəcədə artaraq, illik satış 113,067 olmuşdur, beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə 68,6% artım müşahidə edilmişdir. Bu, Geely Auto-nun yüksək keyfiyyətli artımı üçün yeni hərəkətverici qüvvəyə çevrilmişdir. 2019-cu ildə cəmi 57,991 avtomobil ixrac edilmişdir, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 110,6% artım deməkdir. Geely Auto xarici bazarda satışlarını genişləndirməyi sürətləndirmiş və qlobal brendinin imic və nüfuzunu yaxşılaşdırmışdır.

 

Həm qlobal iqtisadi böhran, həm də avtomobil sənayesində uyğunlaşmanın verdiyi ikiqat təzyiq altında Çinin yerli avtomobil bazarı 2019-cu ildə güclü tənəzzül yaşadı. Geely Auto öz strateji irəliləyişini qoruyub saxladı, qlobal rəqabət qabiliyyətini fəal şəkildə gücləndirdi, məhsul çeşidlərini artırdı, sənayesini yüksək keyfiyyətli inkişafla davam etdirdi və 1,36 milyon vahid dəyətindəki illik satış hədəfini ötdü. Geely Auto 2017-ci ildən etibarən dünyada Çinin ən yaxşı satış aparan avtomobil brendi mövqeyini saxlamağa davam edir.

 

2019-cu ildə “müasir sırf elektrik brendi”nin başladılması ilə Geometry, Geely Auto Group Geely Auto, Lynk & Co, və Geometry vasitəsilə üçaspektli məhsul hazırlanması strategiyasına sadiq qalmışdır. Bu brendlərin məhsul matrisalarının yüksək keyfiyyət, yüksək texnologiya və yüksək dəyər istiqamətində təkmilləşdirilməsi davam edir. 2019-cu il bir sıra yeni modellərin, o cümlədən Geometry A, Jiaji MPV, Xingyue Coupe SUV, Lynk & Co 03+ and Boyue PRO-nun istehsalı, bir neçə bazar seqmentlərini, məsələn, sedanlar, SUV və MPV-ləri əhatə edən məhsulyönümlü il olmuşdur. Bir ay üzrə 9-a yaxın modelin 10,000-dən artıq satışı həyata keçirilmişdir.

 

Xüsusilə SUV seqmentində cəmi satış 2019-cu ildə 709,841-ə çatmışdır, bu isə eyni il üzrə Geely Auto-nun cəmi satışlarının 52,1%-ni təşkil edir.

 

Geely Auto-nun premium brendi Lynk & Co dekabr ayında 10,807 avtomobil satmış, beləliklə, 2019-cu il üçün yeni aylıq rekord göstərmişdir. Lynk & Co şirkətində 2019-cu il ərzində ardıcıl şəkildə beş ay ərzində ayda 10,000-dən artıq avtomobil satılmışdır. Brendun illik kumulyativ satışı 128,606-ya çatmışdır, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6.4% artımın olduğunu göstərir. Bazar bren və məhsullarının gücünü tam təsdiqləmişdir.

 

Təkcə məhsulların təkmilləşməsi davam etməyib, eyni zamanda bütövlükdə Geely Auto ekosistemi boyu irəliləyişlər şirkətin hərtərəfli yüksək keyfiyyətli inkişafa nail olmasına kömək etmişdir.

 

Geely Auto Group 2019-cu ildə Hançjouda 2022-ci il Asiya Oyunlarının rəsmi tərəfdaşı olmuşdur. Asiya Oyunlarını texnologiya ilə təmin edən Geely gələcəkdə daha insani və uzaqgörən mütəhərrik həyat tərzini dünyaya nümayiş etdirəcək.

 

Lynk & Co “Çin Sürəti”ni vurğulamışdır, belə ki, o, Minik Avtomobillərinin Dünya Çempionatında komanda çempionu olmuşdur. Onların qələbəsi dünyanın ən yüksək avtosport arenasında Çin avtomobil brendləri üçün tarixi nailiyyət əldə etmiş və Çin avtosportunda yeni fəsil açmışdır.

 

Geely Auto Boyue SUV (şəhər yolsuzluq avtomobili) Çinin tanınmış şəhər yolsuzluq avtomobilindən qlobal klassik və Çinin ilk qlobal texnoloji ixracat məhsullarından birinə çevrilmişdir.

 

Boyue SUV əsasında hazırlanmış PROTON X70 Malayziya bazarında satış çempionu olmuş və PROTON-un yuxarıya doğru inkişafı təkmilləşdirilməklə, yerli istehsala başlanılmışdır.

 

Geely Auto-nun Belarus birgə müəssisəsinin zavodu Belgee-də 2019-cu ildə 20,000-ci Geely Auto modeli istehsal edilmişdir. Bu, Geely-nin qloballaşmasında əhəmiyyətli amildir.

 

Elmi-texnoloji yeniliklər müəssisənin irəliləyişi və inkişafının hərəkətverici qüvvəsidir. Geely-nin onillik müddətli 100 milyardlıq RMB Tədqiqat və İnkişaf investisiyaları 2019-cu ildə dividendlər ödəyir.

 

Geely Auto 2019-cu ildə yeni enerji, intellectual idarəetmə və “ağıllı” əlaqə texnologiyaları sahəsində nailiyyətlərini davam etdirmişdir. L2 səviyyəli avtonom idarəetmə avtomobillərinin kütləvi istehsalı mütərəqqi texnologiyaların ictimai surətdə qəbul edilməsinə zəmin yaratmışdır. Yeni enerjiyə kompleks inkişaf yanaşması istifadəçilərə yaşıl, intellektual, daha insani gələcək, mobil təcrübə gətirir.

 

Geely Auto ötən beş il ərzində məhsul və satış səviyyəsində liderə çevrilmişdir. Növbəti beş ildə Geely Auto brend və texnologiya sahəsində liderə çevriləcəkdir. Texnologiya və brend sahəsində liderlik Geely-nin gələcək uğurunda aparıcı amillər olacaqdır.

 

2020-ci il brend və texnologiyanın inkişaf etdirilməsində Geely üçün əhəmiyyətli il olacaqdır. O, Geely-nin dizayn və məhsullar ili olacaqdır.

 

Geely 2020-ci ildə 6 yeni məhsula, o cümlədən Geely Auto-dan ikinci BMA quruluşlu SUV olan “İcon”, Geely Auto-dan “VX11” kod adlı ilk orta ölçülü SUV, yeni Coupe SUV əsaslı CMA quruluşlu “Lynk & Co 05” və Geometry-dən “GE13” kod adlı ikinci sırf elektrik modelinə start verəcəkdir.

 

Lynk & Co 2020-ci ildə Avropa bazarına daxil olacaq və Avropadakı dünya brendləri ilə rəqabət aparacaq. Bu, Lynk & Co-nun qlobal inkişafında aparıcı amildir.

 

Geely Holdinq Qrupunun prezidenti, Geely Auto Group-un baş icraçı direktoru və prezidenti An Conghui deyib: “Qlobal avtomobil bazarı əsr ərzində görünməmiş dəyişikliklə üz-üzədir. Qarşıda duran məsələlər və imkanlar yanaşı addımlayır. Bazar döyüş meydanı kimidir və Geely Auto istifadəçi tələbatını bir rəhbər, məhsulları mərkəz nöqtəmiz, bazardakı payı isə məqsədimiz hesab edəcəkdir. Biz yüksək keyfiyyətli inkişaf strategiyasına sadiq qalacağıq, dəyişkən yolda addımlamağa davam edəcəyik, texnologiya və brend uğrunda rəqabət aparacağıq, qlobal genişlənməyi sürətləndirəcəyik, Çinin istehsalatını qlobal dəyər zəncirinə yönəldəcəyik və dünyada Çin avtomobil brendinin səviyyəsini qaldıracağıq.