Geely Auto Almaniyada Tədqiqat və İnkişaf Mərkəzi açır.

 

Geely Auto Almaniya, Raunheimdə yeni tədqiqat və inkişaf mərkəzində innovativ texnologiyalar üzərində iş üçün 300 mühəndisi işə götürəcək.

 

Geely Auto Group rəsmi surətdə Almaniyada yeni Tədqiqat və İnkişaf laboratoriyası açmışdır. Mütəxəssislər müəssisədə perspektivli elektrik stansiyaları tərtib edəcək, eləcə də yeni nəsil mobil texnologiyalar hazırlayacaqlar.

 

Yeni “Geely Auto Technical Deutschland (GATD)” kompleksi növbəti bir neçə ildə 300-ə yaxın mütəxəssisi işə götürəcək, belə ki, şirkət yaşıl və tam elektrik avtomobili seqmentində öz iştirakını genişləndirmək məqsədi daşıyır.

 

GATD premium elektrik avtomobillərinin hazırlanması ilə məşğul olacaqdır. Artıq Geely-nin digər tədqiqat institutlarında, xüsusilə Hançjouda aparıcı Geely Tədqiqat İnstitutunda, eləcə də Birləmiş Krallıq və Almaniyada yerləşən digər Geely mərkəzlərində tamamlayıcı tədqiqatlar aparılır. “Geely Auto Group” hazırda 20,000-dən artıq mühəndislə işləyir və onların 2,500-dən çoxu yeni enerji texnologiyalarının araşdırılmasına cəlb olunub.

 

Yeni tədqiqat layihəsinə “Geely Auto Group”-un vitse-prezidenti və baş texnologiya mütəxəssisi Feng Qing Feng rəhbərlik edəcəkdir.

 

“Biz Tədqiqat və İnkişaf bacarıqlarımızı genişləndirməkdən məmnunuq və Almaniya avtomobil sənayesinin texniki üstünlüklərindən yararlanmağa ümid edirik. GATD-da yaradılan texnologiyalar elektrikləşmə, avtomobil və yeni kommunikasiya bacarıqları sahəsində təkmilləşməyə davam edən bütün brendlərimizin inkişaf sürətini tezləşdirəcəkdir”, – deyə cənab Feng Qing Feng şərh edib.