"Geely Galaxy" xəttinin yeni ulduzları: "Starship 7" və "Galaxy L6" Azərbaycanda təqdim olundu.
19 İyul tarixində Geely’nin Galaxy xəttinə aid olan Starship 7 və Galaxy L6 modellərinin rəsmi təqdimat mərasimi keçirilmişdir.
Geely brendinin ən son texnologiyalarla zənginləşdirilmiş Galaxy xəttinə aid iki yeni modeli - Galaxy L6 və Starship 7 - rəsmi olaraq Əfəndilər Group və Geely Azərbaycan tərəfindən təqdim edildi.
Tədbirdə media nümayəndələri, müştərilər və avtomobil sevərlər yeni enerji dünyasının futuristik üzü ilə tanış oldular.
Starship 7 - GEA modul platformasında yaradılmış dinamik SUV-dir. İki komplektasiyada təqdim edilən bu model qarışıq rejimində 1420 km-ə qədər məsafə qət edə bilir. Güc, rahatlıq və ekoloji təmizlik bu avtomobildə ideal şəkildə vəhdət təşkil edir.
Galaxy L6 - şəhər üçün ideal seçim olan plug-in hibrid sedanıdır. 1.5 l mühərrik və elektrik sisteminin sintezi sayəsində avtomobil 2000 km-ə qədər məsafə qət edir. Eləcə də, E-CMA platforması ilə təhlükəsizlik və səmərəlilik standartlarını yüksəldir.
Hər iki modelə rəsmi idxalçı tərəfindən 4 il və ya 100 000 km rəsmi zəmanət verilir.
Galaxy L6 modelinin satış qiyməti 39 900 AZN, Starship 7 modelinin isə komplektasiyadan asılı olaraq 39 900 və 45 900 AZN olaraq müəyyən edilib.
Təqdimat zamanı həmçinin Əfəndilər Group tərəfindən təqdim olunacaq daxili kredit sistemi də elan olundu. Müştərilər artıq 5270 AZN ilkin və 1168 AZN-dən başlayan aylıq ödənişlərlə seçilmiş Geely modellərinə sahib ola biləcəklər.







