
DİZAYN
EMGRAND müasir istifadəçilərin tələblərinə uyğun olaraq dizayn edilib. Yalnız yeni üslub dəbli deyil, həm də avtomobili daha geniş və stabil edir.
GENİŞ KUZOV DİZAYNI
Bu dizayn təkcə gözoxşayan deyil - daha geniş salon və daha yüksək yol sabitliyi təmin edir.
4-CÜ NƏSİL DİZAYN KONSEPTİ
EMGRAND-ın dizaynı balanslı bel xətti, arxa işıq quruluşu və mərkəzi idarə paneli ilə ideal vizual nisbəti önə çıxarır - biz buna “qızıl nisbət” deyirik.
RİTMİK ARXA İŞIQLAR
EMGRAND arxa hissəsində 190 LED-dən ibarət unikal işıq quruluşuna malikdir. Avtomobili kilidləyərkən və ya açarkən xüsusi “salamlama işıqları” ilə fərqlənir.
LÜKS İNTERYER
Mavi-boz tonların harmoniya yaratdığı, süet materialla tamamlanmış texnoloji mərkəzi konsol.
Salonun 85%-i yumşaq toxunuşlu materialdan hazırlanıb - komfort hər toxunuşda hiss olunur.
KONDİSİONER VƏ HAVA KEYFİYYƏTİ
Ağıllı kondisioner sistemi və CN95 filtrləri salon daxilində yüksək keyfiyyətli və təmiz hava təmin edir.
6 SRS HAVA YASTIĞI
EMGRAND sürücü və ön sərnişin üçün, həmçinin yan və pərdə tipli hava yastıqları ilə təchiz edilib — etibarlı təhlükəsizlik qoruması üçün.
OTURACAQ NƏZARƏT SİSTEMİ
Ağıllı oturacaq monitorinqi sistemi avtomobildən düşməzdən əvvəl oturacaqları yoxlamağı xatırladır - təhlükəsizlik və diqqət üçün.
SABİTLİK PROQRAMI
EMGRAND qabaqcıl Bosch 9.3 ESP sistemi ilə daha sabit və nəzarət olunan sürüş təcrübəsi təqdim edir.
ELEKTRİK YAN GÜZGÜLƏRİ
Yan güzgülərin elektron tənzimlənməsi və qatlanması - rahatlıq və funksionallıq bir arada.
FUNKSİONAL SÜKAN
Sükan temperaturu sabit saxlayan və istilik izolyasiyası təmin edən materiallardan hazırlanıb - uzun sürüşlərdə belə rahat tutuş hissi verir.
1.5
L
Mühərrik
125
at gücü
Maksimal güc
6
pillə AİSİN
Sürətlər qutusu
Texniki göstəricilər
Qiymət
32 900 ₼
Zəmanət
4 il və ya
100 000 km
100 000 km
| Mühərrik | 1.5 lt |
| Maksimal güc | 125 a.g |
| Fırlanma anı | 152 Nm (1700–4000 dövr/dəq) |
| Sürətlər qutusu | 6AT |
| Ötürücü | Ön |
| 0–100 km/s | 12.6 saniyə |
| Orta yanacaq sərfiyyatı | 6.4 litr / 100 km |
| Uzunluq x En x Hündürlük (mm) | 4638 x 1820 x 1460 |
| Təkərlərarası baza (mm) | 2700 |
| Klirens (mm) | 167 |
Təchizat
- 6AT (6 pillə AİSİN avtomat sürətlər qutusu)
- Təkərlərdəki hava təzyiqinə intelegent nəzarət sistemi
- Ön və arxa oturacaqların təhlükəsizlik kəmərinin xatırlatma siqnalı
- Dartılan ön və arxa təhlükəsizlik kəmərləri
- Sürücü və sərnişin, yan və pərdə tipli hava yastıqları (6 ədəd)
- Qəza zamanı yanacaq verilməsinin kəsilməsi
- Uşaq kilidi və ISOFIX ankerlər
- Qəza zamanı qapıların avtomatik açılması
- Qapıların mərkəzi qapanması
- ESP (Elektron sabitləşdirmə sistemi) - Bosch 9.3 ESP System
- ABS + EBD
- EPB (Elektron əyləc) və AutoHold
- TCS (Dartı qüvvəsinə nəzarət)
- HAC (Yoxuşdan hərəkətə başlamaq üçün köməkçi sistem)
- BOS (Əyləclənməyə dəstək sistemi) və BA (Əyləc asistenti)
- Lyuk mexaniki pərdə ilə
- Arxa kamera
- Arxa parklanma sensorları
- Açarsız mühərriki işə salma (Start-Stop) və açarsız daxil olma (Keyless Entry)
- Mühərriki məsafədən işə salma
- Kruiz kontrol
- 6 istiqamətdə sürücü oturacağın elektron tənzimlənməsi
- Ön oturacaqların qızdırılması
- Alın şüşənin qızdırılması
- Elektron şüşəqaldıranlar avtomatik rejim ilə
- Sükanın 4 istiqamətdə mexaniki tənzimlənməsi
- Sükanın qızdırılması
- Klimat kontrol – avtomatik rejim ilə
- İki rəngli interyer
- Ekodəri oturacaqlar
- Elektron qatlanan, qızdırılan yan güzgülər dönmə işıqları ilə
- Sükan elektron gücləndirici ilə
- Dəri örtüklü multi-sükan
- 6 dinamik, 12,3" monitor (Bluetooth və Mirror Link funksiyalı)
- 12,3" cihazlar paneli
- LED işıqlar: gündüz, dönmə, arxa və salondaxili işıqlar
- LED faralar
- Işıq sensoru
- 2 USB giriş və 12V girişi
- 17” yüngül lehimli disklər
- 205/50 R17 ölçülü şinlər
- 50 lt yanacaq çəni və 500 lt yük bölməsi
4.638
mm
1.820
mm
1.460
mm








