Geely-nin 40 illiyinə həsr olunan yürüş və Monjaro PHEV təqdimatı.
Geely-nin 40 illiyi münasibətilə Abqoraya avtomobil yürüşü təşkil olunub. Tədbir çərçivəsində iştirakçılar üçün maraqlı ekskursiyalar və oyunlar keçirilib. Oyunların qalibləri dəyərli hədiyyələrləmükafatlandırılıb. Ən sonda isə yeni Monjaro PHEV modeli təqdim edilib.
Performans, komfort və texnologiyanı bir araya gətirən Monjaro PHEV tədbirin əsas yeniliyi olub. Bəs bu model sürücülərə nə vəd edir?
1,5 litrlik mühərriklə təchiz olunan hibrid sistem 415 at gücü və 723 Nm fırlanma anı hasil edir. Tam ötürücülüMonjaro PHEV 0-dan 100 km/saata 5,8 saniyəyə sürətlənir. 29,8 kVt·saatlıq batareya elektrik rejimində 130 km-dək, hibrid sistem isə ümumilikdə 1 100 km-dək yürüş imkanı verir. Model Avropa standartlı CCS2 portu ilə 78 kVt-a qədər sürətli şarjı dəstəkləyir.
6 sürüş rejimi müxtəlif yol şəraitinə uyğun seçim imkanı yaradır. Adaptiv kruiz-kontrol, avtomatik təcili əyləcləmə, zolaqda saxlama və zolaq dəyişmə assistentləri sürücüyə dəstək verir. Kor zonalara nəzarət, toqquşma xəbərdarlıqları, 540° kamera və ön-arxa parklanma sensorları təhlükəsizlik təchizatını tamamlayır.
Salonda 15,4 düymlük mərkəzi ekran, 12,3 düymlük rəqəmsal panel və 25,6 düymlük HUD yer alır. Ön oturacaqların isitmə, soyutma və masaj funksiyaları, arxa oturacaqların isidilməsi və ikizonalı klimat-kontrol rahatlıq yaradır. 256 rəngli dekorativ işıqlandırma, 16 dinamikli Premium Flyme Sound audiosistemi, Apple CarPlay, Android Auto və simsiz şarj salonun təchizatını tamamlayır.
Geely App vasitəsilə qapıları, avtomobilin işə salınmasını, klimat sistemini, oturacaq və sükan isitmə funksiyalarını uzaqdan idarə etmək mümkündür. Tətbiq avtomobilin vəziyyətini, lokasiyasını, təkər təzyiqini və yürüşünü izləməyə, həmçinin şarj prosesini planlaşdırmağa imkan verir.
Monjaro PHEV 4 800 mm uzunluğa, 2 845 mm təkər bazasına və 189 mm klirensə malikdir. Modelin SUV görünüşünü 20 düymlük yüngül xəlitəli disklər, Goodyear şinlər, panoramik lyuk və LED işıqlandırma tamamlayır.
59 900 AZN qiymətinə təklif olunur Monjaro PHEV modelinə 6 il və ya 150 000 km, batareyaya isə 8 il və ya 150 000 km rəsmi zəmanət verilir.
“Geely” rəsmi satış və servis mərkəzi: Babək prospekti 35A
Əlaqə: *2299









