• Geely Holding 2020-ci il “Fortune Global 500”-də 243-cü yerdədir.
  • Geely Holding ardıcıl olaraq, 9-cu ildir ki, “Fortune Global 500”-ün siyahısındadır.

 

10 avqust 2020-ci il, Çin, Hançjou. Çinin ən nəhəng özəl avtomobil texnologiyası şirkəti olan “Zhejiang Geely Holding Group” (Geely Holding) ötən il gəlirləri 47,886 milyard ABŞ dollarına çatdıqdan sonra ardıcıl olaraq, 9-cu dəfə “Fortune Global 500”-ün 2020-ci il üzrə siyahısında 243-cü sırada yer almışdır. İlk dəfə 2012-ci ildə “Fortune Global 500”-ün siyahısına daxil olan 200 pillədən artıq irəliləmişdir. Geely Holding “Fortune 500”-ə ən son daxil edilməsini ötən ilki inkişafının qısa icmalını verməklə, qeyd etmişdir:

 

Geely Holding 2019-cu ildə subsidiar brendləri və tərfdaşlarından rekord satışlarlarla böyük irəliləyiş əldə etmişdir. Geely Holdinqin rəhbərliyi altında fəaliyyət göstərən brendlər ötən il birlikdə 2,17 milyondan artıq avtomobilin satışını həyata keçirmişdir. Geely Auto Group-un rəhbərliyi altında işləyən brendlərdə satış sayı 1,46 milyonu ötmüşdür. Bu arada Volvo Cars yeni rekord müəyyən etmişdir, belə ki, o, 1927-ci ildə şirkət təsis edildikdən etibarən ilk dəfə 700,000 ədədlik göstəricini ötərək, 2019-cu ildə 705,452 avtomobil satmışdır, bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,8% artım deməkdir.

 

Geely Holdinqin ötən onillikdə sürətli inkişafı davamlı texnoloji yeniliklərin nəticəsidir. 5G ilə qoşulma, Əşyalar İnterneti, AI və xeyli sayda məlumatların təkmilləşməsi ilə təmsil edilən yeni texnologiya erasında insanların səyahət üsulu dəyişir. Geely Holdinq zamanın qarşıya qoyduğu məsələlərə proaktiv surətdə vavab verir, tarixi imkanlardan istifadə edir, mütərəqqi elmi tədqiqat və inkişafa sərmayə qoyur, öz yenilikçi bacarıqlarını gücləndirir və texnoloji transformasıyanı idarə edir.

 

Bu il Geely Holding kommersiya peyki sektoruna daxil olduğunu elan etmiş və Çinin ilk özəl intellektual peyk istehsalı və sınağı mərkəzini təsis etmişdir. Burada bu ilin sonrakı aylarında ilk peyklərin buraxılması planlaşdırılır. Geely Holdinqin peyk sektoruna daxil olması Qrupun dəyərli, dəqiq naviqasiya və verilənlər xidmətləri göstərən aşağı orbitli peyklərlə üç ölçülü mobil ekologiya yaratmaq planı ilə üst-üstə düşür. Bu il eyni zamanda avtonom idarəetmə üzrə lider Waymo-nun Volvo, Polestar və Lynk & Co şirkətlərinin eksklüziv qlobal L4 avtonom idarəetmə tərəfdaşına çevrilmişdir. Geely Auto avtomobilin qoşulması sahəsində inkişaf edərək, özünün GKUI19 sistemini başlatmış, beləliklə, sənayeni avtomobilin hər şeyə qoşulması kimi yeni eraya aparmışdır. In 2020, GKUI-nin istifadəçiləri 2020-ci ildə 2 milyonu ötmüşdür.

 

Geely Holdinqin qlobal aləmdə uğurunun açarı hər zaman “kompleks inkişaf” olmuşdur və 2010-cu ildə Qrupun Volvo-nu alması bunun ən bariz nümunəsidir. Geely Volvo tərəfdaşlığı ötən on il ərzində “sual altına qoyulmaq”dan “bəyənilmə”yə, yenilənmədən liderə çevrilmə mərhələsinə keçmişdir. Geely ilə Volvo arasındakı əməkdaşlıq dünyanın ən ali biznes məktəbləri, o cümlədən Harvard, CEIBS (Çin Avropa Beynəlxalq Biznes Məktəbi), Lion, Pekin, Tsinxua, Çjetszyan, Fudan və sairə üçün təməl fərdi təhlil mövzusuna çevrilmişdir.

 

Geely Holdinqin subsidiar şirkəti “Geely Auto Group” ötən on il ərzində 100 milyarddan artıq Çin yuanı dəyərində sərmayə qoyaraq, beş qlobal tədqiqat mərkəzi və beş qlobal dizayn studiyasından ibarət qlobal şəbəkə qurmuş, SPA, CMA, BMA və PMA kimi dörd modul avtomobil konstruksiyalarına əsaslanan yeni məhsullar hazırlamışdır. Geely Auto brendi 2020-ci ildə “CMA Super Matrisası”nı buraxmaqla, rəsmi surətdə İnnovativ Geel 4.0 erasına daxil olmuşdur və modul konstruksiyalı modellərin tam çeşidini hazırlamağı planlaşdırır. Geely Auto təsis edildikdən bəri 9.6 milyondan artıq avtomobil satmışdır və 2020-ci ilin ikinci yarısında 10 milyon avtomobildən ibarət tarixi göstəriciyə çatmağı öz üzərinə götürmüşdür.

 

Qlobal tərəfdaşlıqlar və qarşılıqlı mənfəət əsaslı beynəlxalq əməkdaşlıqlar Geely Holdinqin biznesinin təməl daşına çevrilmişdir. Geely Auto Group ilə Volvo arasındakı müasir qlobal birgə müəssisə brendi olan Lynk & Co 300, 000 satış dəyərində həlledici nəticə əldə etmişdir və bu il Avropaya daxil olmağı planlaşdırır. Geely Holding və Daimler Çində “ağıllı” brend və müasir mobil xidmət olan “StarRides” ilə bağlı qlobal birgə müəssisə təsis etmişdir. İki avtomobil nəhəngi eyni zamanda şəhər hava mobil xidməti “Volocopter”də birgə sərmayədarlar olmuşdur. Geely Holding eyni zamanda PROTON və Lotus-a özlərini yeniləməkdə köməyini davam etdirir. Ötən il PROTON-da avtomobil satışı 100,000-i ötmüş və Malayziyada ikinci ən yaxşı satış həyata keçirən şirkət olmuşdur.

 

Geely Holding qlobal sosial məsuliyyətli müəssisə kimi, hər zaman özünü cəmiyyətə töhfə verməyə həsr etmişdir. Geely Holding qlobal koronavirus epidemiyası ilə üz-üzə bir dövrdə epidemiyanın qarşısını almaq və dünyada göstərilən səylərə nəzarət etmək məqsədilə 200 milyon Çin yuanı dəyərində fond təsis etmiş və tərəfdaşlara öz istehsalat zəncirlərində əməliyyatları təhlükəsiz şəkildə bərpa etməyə kömək etmişdir. Bu il eyni zamanda Geely-nin “Vaxtında yağış” adlı yoxsulluğun azaldılması layihəsinin beşinci ilini qeyd edib və bu layihə zaman-zaman yoxsulluqla mübarizəyə 550 milyon Çin yuanından artıq məbləğdə sərmayə qoymuş və 30,000-dən artıq ev təsərrüfatına kömək etmişdir. Geely təhsilə dəstək üçün hər zaman təmənnasız töhfələr vermişdir. Qrup bu gün 9 özəl kollec və universitet təsis etmiş, beləliklə, 150,000-dən artıq gənc istedadı cəmiyyətə hazırlamağa kömək etmişdir. Bu ilin iyul ayında Pekin Universiteti ilə tərəfdaşlıq çərçivəsində Geely Kollecinin Çenqdu düşərgəsi açılmış,  Hunan Texnologiya və Biznes Universitetində Pekin Məktəbi isə Qərbi və Mərkəzi Çinin təhsil mühitini zənginləşdirərək, Geely-nin Syantan Texnologiya İnstitutuna uğurla inteqrasiya etmişdir.

 

Gözlənilməz qlobal iqtisadiyyatla üzləşmiş Geely dəyişikliyi fəal şəkildə qəbul edir, innovasiya vasitəsilə liderlik edir, qlobal tərəfdaşlarla əməkdaşlıq edir və qlobal mobil texnologiya qrupuna transformasiya edərək, mobil sektorda dəyişikliyi təşviq edir. Geely öz səyləri vasitəsilə istifadəçiləri daha mükəmməl təcrübə və daha dayanıqlı gələcəklə təmin etmək məqsədi güdür.