İlk öncə təhlükəsizlik

Həyat ən dəyərli varlıqdır. Geely-nin əsas vəzifəsi də – insan həyatının mühafizəsi və təhlükəsizliyidir. “İlk öncə təhlükəsizlik” şüarı Geely brendinin təməlini təşkil edir. Bunun üçün də biz yalnız sürücü və sərnişinlərimiz üçün yox, həm də piyadalar üçün ən təhlükəsiz avtomobil yaratmağı qarşımıza məqsəd qoymuşuq. Bu məqsədə nail olmaq üçün biz, təhlükəsizliyin təmin olunması texnologiyasını inkişafımızın əsas dörd təməl amilindən biri bəyan etmişik.