Enerjinin diversifikasiyası

Bəşəriyyət zəhərli tullantıları azaltmalı, enerjiyə qənaət və dayanıqlı inkişafı təmin etməlidir. Təbii ki, bunlara nail olmaq üçün avtomobillər yeni enerji ilə çalışmalıdır. Geely yeni enerji ilə çalışan nəqliyyat vasitələrinə böyük ümidlər bəsləyir və bu sahənin inkişafına fəal surətdə sərmayə yatırır.

Dayanaqlı inkişafa doğru irəliləyən Geely Auto elektrikləşdirilmiş avtomobillərin qiymətini ənənəvi daxili yanma mühərrikli avtomobillərin qiymətinədək azaldılmasını özünə məqsəd qoyub. Gələcəkdə təqdim olunacaq hər bir modelin isə elektrikləşdirilmiş variantının da təklif olunacağı planlaşdırılır.

Geely Auto elektromobillərlə yanaşı, həm də digər alternativ yanacaq növləri ilə, misal üçün, metanol ilə çalışan nəqliyyat vasitələri üzərində çalışır. İslandiyadakı Carbon Recycling International təşkilatı ilə birgə çalışaraq, Geely Auto metanol ilə çalışan nəqliyyat vasitələri yaratmışdır.