Castin Skalli

Castin Skalli (Justin Scully)

İnteryer dizaynı

Dizayn karyerasına başlayan Castin heç təsəvvürünə belə gətirə bilməzdi ki, bir gün o, çin istehlakçılarının bəyənə biləcək avtomobilləri yaratmaq üçün, onların nə düşündüklərini öyrənməli olacaq.

Castin avtomobil dizaynına 1999-cu ildə bitirdiyi İncəsənət üzrə Kral Kollecində yiyələnib.

Tarixləri daşlara həkk olunmuş, avtomobillərin hər yeni nəsli isə brend mədəniyyətinə arxalanan bir sıra iri və məşhur avtomobil brendləri ilə çalışdıqdan sonra Castin, Geely Design-ın Şanxay studiyasında işə başlayır.

Məhz burada, “Geely Design”-da o, yeni interyer dizayn üslubu, son nəticədə isə avtomobil sənayesi üçün yeni qlobal interyer rahatlığı standartı yaratmış oldu.

Castin və onun dizaynerlər komandası əsasən Çinin tarixi və mədəniyyətindən ilhamlanırdı. Digər avtoistehsalçılar qlobal dizayn tendensiyalarını imitasiya etməklə qlobal nəqliyyat vasitələrinin istehsalına çan atdığı bir zaman, Geely Design Shanghai komandası Piter Hörberinin ideyasının bir hissəsi kimi çin mədəniyyəti elementlərini Geely avtomobillərinə daxil etməklə, onların haradan qaynaqlandığını vurğulamağa çalışırdılar.

Bu “qlobal lakin lokal” ideyanı nəzərdə tutaraq, interyer dizaynı komandası həm Çin, həm də dünya auditoriyasını cəlb edəcək avtomobillər yaratmaq üçün Çinin tarixi, coğrafiyası və mədəniyyətinə diqqət yetirirdilər: “Bu ölkənin qədim və heyrətamiz tarixini tədqiq etdikdə, biz müxtəlif istiqamətlərdə hərəkət etdik. Biz çin mədəniyyətindən bəhrələnərək yaratdığımız məhsula zərifliklə yanaşı həm də çin cazibəsi əlavə edirik.”

Geely-nin doğma şəhəri olan Hancoudakı Qərb gölü üzərindən uzanan məşhur körpülərin əksini Geely avtomobillərinin interyerinin ön panelində,  yonulmuş nefriti qapı tutacaqlarında, qədim çin naxışlarını isə audiodinamiklərin qapaqlarında və radiator barmaqlıqlarında görmək mümkündür. İnsanların çoxu bu kimi dizayn incəliklərinə yalnız onlara bu barədə deyildikdən sonra nzər yetirir. Lakin bu incəliklər qlobal səyahətə çıxmış məğrur yerli brendin Geely hekayəsindən bəhs edir.