Geely Auto və LG Chem Çində batareya istehsal etmək üçün birgə müəssisə yaradır.

 

 

Geely Auto və LG Chem şirkətləri arasında Çində 50:50 bərabər pay əsasında Yeni Batareya Birgə Müəssisəsi təsis edilmişdir.

Tərəfdaş şirkətlər birgə müəssisəyə 188 milyon ABŞ dolları sərmayə qoyur.

 

Geely Auto-nun aid olduğu Geely Avtomobil Holdinqləri Cənubi Koreyanın ən böyük kimyəvi şirkəti və dünyanın aparıcı elektrik avtomobili batareyası istehsalçılarından biri olan LG Chem ilə yeni birgə müəssisə təsis etdiyini elan edir.

 

Razılaşmanın şərtlərinə əsasən, iki şirkət yeni avtomobil batareyaları istehsal etmək və satmaq məqsədilə 50:50 ilə birgə müəssisə təsis edəcəkdir. Yeni birgə müəssisəyə qoyulan cəmi investisiya hər iki tərəf arasında bərabər bölünməklə, 188 milyon ABŞ dolları (207 milyard KRW (Cənubi Koreya vonu) dəyərində olacaqdır.

 

Geely Auto 2015-ci ilin noyabr ayında bütün avtomobil seriyasını elektrikləşdirmək öhdəliyi götürmüş ilk avtomobil brendlərindən birinə çevrilmişdir. Geely Auto, Blue Geely Təşəbbüsünün bir hissəsi kimi, 2020-ci ildən etibarən satışlarının 90%-ni elektrik avtomobillərinə, o cümlədən yarı-hibrid və elektrik şəbəkəsindən enerji alan hibrid və tam elektrik avtomobillərinə yönəltmək niyyətindədir. LG Chem ilə birgə müəssisə Geely şirkətinə öz Mavi Təşəbbüsünü aparıcı komponentlərlə sabit təchiz etmək imkanı verəcəkdir, bu isə gələcəkdə Geely Auto-nun məhsullarının Çində enerjiyə qənaət edən yeni avtomobillərəin istehlakçı tələbinə cavab verməsi üçün istifadə ediləcəkdir.

 

“Geely Auto enerjiyə qənaət edən yeni avtomobillər istehsal etmək və hazırlamaq üçün geniş şəbəkə qurmuşdur. LG Chem ilə birgə müəssisə barədə razılaşmanın imzalanması müştərilərimizə dəyər qatmağa və avtomobilə sahiblik təcrübəsini təkmilləşdirməyə çalışdığımız bu sahədə liderlik mövqeyimizi gücləndirir”, – deyə “Zhejiang Geely Holdinq Qrupu”nun prezidenti, Geely Avtomobil Qrupunun baş icraçı direktoru və prezidenti An Conghui bildirib.

 

“Çinin aparıcı şəxsi avtomobil şirkəti olan Geely Auto ilə birgə müəssisə Çində bütövlükdə elektrik avtomobil sənayesinin inkişafına töhfə hesab edilə bilər”, – “LG Chem Energy Solution” şirkətinin prezidenti Kim Jong Nyun bildirib.

 

Çinin yeni enerji avtomobili bazarı 2018-ci ildə 1,25 milyon vahidə çataraq, dünyadakı cəmi elektrik avtomobili satışlarının 62%-ni təşkil etmişdir. Eyni zamanda qarşıdakı illərdə dünya bazarında yüksək artım gözlənilir. Geely Auto 2019-cu ilin may ayında 10,100-dən artıq elektrik avtomobili satmışdır, bu isə ötən il eyni dövrlə müqayisədə 25% artıma bərabərdir. Geely 2019-cu ilin aprel ayında Geely Auto-nun sırf elektrik modellərinin istehsal ediləcəyi “Geometry” brendinə start vermiş və brendin ilk avtomobili olan A Modeli üçün güclü satışlar başlatmışdır. Geely Auto növbəti iki il ərzində 30-dan artıq enerjiyə qənaət edən avtomobil, o cümlədən hibrid və sırf elektrik avtomobillərin istehsalına başlamağı planlaşdırır.