iNTEC
iNTEC texnologiyaları səyahət zamanı sərnişinlərə daha yüksək səviyyədə təhlükəsizlik və rahatlıq təmin etmək üçün “süni intellektli idarəetmə” konsepsiyası əsasında hazırlanıb.
iNTEC
Keçmişdə avtomobillər yalnız nəqliyyat vasitəsi hesab olunurdu. Bu gün isə onların rolu daha da artıb – onlar insanların həyatının ayrılmaz bir hissəsi olublar. İnsanlar daha çox vaxtlarını avtomobillərində keçirdiyindən, onların həyatını və sürücülük təcrübəsini yaxşılaşdırmaq məqsədilə Geely texnologiyalar brendi olan iNTEC yaratdı.
iNTEC texnologiyaları səyahət zamanı sərnişinləri daha yüksək səviyyədə təhlükəsizlik və rahatlıqla təmin etmək üçün “süni intellektli idarəetmə” konsepsiyası əsasında hazırlanıb. iNTEC sözündə iN hissəsini Intelligent (intellektual), Integrated (inteqrasiya olunmuş) və In-Trend (trenddə) kimi interpretasiya etmək olar. TEC isə insanların həyatını yaxşılaşdıran yeni texnologiyaları nəzərdə tutur.
G-Safety
Təhlükəsizlik sahəsindəki texnologiyalarımızı G-Safety adlandırmışıq. Bu, mümkün təhlükələri müəyyənləşdirməyə, toqquşmalardan yayınmağa və qəza hallarında qəza siqnalı göndərməyə kömək edən bütöv bir sistemdir. Bundan əlavə, bu, yalnız avtomobilin sərnişinləri və sürücüsünün deyil, eləcə də piyadaların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və passiv və aktiv təhlükəsizlik sistemlərindən istifadə etməklə zədə riskini azaltmaq nəzərdə tutulub. G-Safety sistemi artıq Geely-nin 3-cü nəsil avtomobillərində istifadə edilir.
G-Netlink
Müasir informasiya dünyasında Geely Auto-nun yaratdığı G-Netlink sistemi sürücü və sərnişinlərə öz avtomobilləri ilə əlaqə qurmaq və bütün dünya ilə əlaqədə olmaq imkanı verir. Sistem, insnlara mobil olmağa və hər zaman əlaqədə qalmağa imkan yaradaraq rahatlığı tam yeni səviyyəyə qaldırır.
G-Power
Geely Auto-nun G-Power mühərrik sırası əsasən turboüfürmə və ikinci nəsil yanacaq püskürməsi texnologiyalarından tam istifadə edən yüngül xəlitəli mühərriklərdir. Bu mühərriklər istehlakçılara yüksək səviyyəli səmərəlilik, güc və qənaət təmin etmək üçün yaradılıb.
G-Blue
Daha çox insanlar üçün avtomobillər üçüncü yaşayış məkanına çevrildiyindən sağlam daxili mühitin vacibliyi getdikcə artır. G-Blue sağlam daxili mühitin inkişafına fokuslanmaqla yanaşı, həm də avtomobilləri daha da ekoloji edir.
G-Pilot
Özü idarə olunan avtomobillər çoxlarına əlçatmaz arzu kimi görünə bilər, amma gələcək gözlədiyimizdən tez gəlir. G-Pilot – intellektual idarəetmə texnologiyalar üzərində qurulmuş və bazarın gələcək tələbatlarını təmin etmək üçün yaradılmış Geely-nin avtonom idarəetmə texnologiyasıdır.