Geely Design
Hər kəs üçün zərif avtomobillər yaradırıq
Nəfis dizayn
Avtomobil istehsal etmək çox sadədir. Nəfis bir avtomobil düzəltmək çətindir; avtomobillər hərəkət edən sənət əsəridir, oxunması üçün bütün ətrafındakılara açıq və seyrçilərin nəzərində duyğuları oyadan unikal ruha sahib olmalıdırlar.
Geely Design məhz bununla üstündür. Geely Design-in hazırda dünya üzrə dörd əsas studiyasında – Şanxay, Götebörq, Barselona və Kaliforniyada – 500-dən çox insan çalışır.
Hər kəs üçün nəfis avtomobillər yaratmaq
Avtomobil sadəcə metal, plastik və rezin demək deyil. Bu, onu layihələndirən və istehsal edən insanların birgə əməyinin nəticəsidir.
Mükəmməl avtomobillər mükəmməl dizayndan başlayır. Bizim Geely Design-da işimiz mühəndislərimizlə əl-ələ verib mükəmməl avtomobilləri reallığa çevirməkdir.
Geely Design haqqında
Geely Design multimədəniyyətli qlobal təşkilatdır. Onun Şanxay, Götebörq, Barselona və Kaliforniyada yerləşən dörd studiyasında 500-dən çox insan çalışır.
Peşəkar dizaynerlər komandasına malik olan və müasir alətlərlə təchiz olunmuş bu dizayn studiyaları Geely brendlərinin hər biri üçün (Geely Auto, LYNK & CO və London Electric Vehicle Company) özünəməxsus dizayn dilinin yaradılması üzərində çalışır.
Avtomobillər incəsənətin hərəkət edən hissəsidir. Onlar hər kəsə aydın və xüsusi duyğular oyadan özünəməxsus auraya malikdir. Avtomobil – metal və plastikin vəhdətindən yaranan nadir ideyadır.
Avtomobil, onu yaratmış və istehsal etmiş insanların birgə əməyinin nəticəsidir.
Mükəmməl avtomobillər mükəmməl dizayndan yaranır. “Geely Dizayn”ın məqsədi mühəndislərimizlə sıx iş şəraitində mükəmməl avtomobilləri reallığa çevirməkdir.
Bizim hekayələrimiz
Geely Design komandasının üzvləri
Piter Hörberi (Peter Hobury)
Dizayn üzrə İcraçı Vitse-Prezident
Piter Hörberi avtomobil aləmində əfsanəvi addır. O, dizayn üzrə icraçı vitse-prezident qismində “Geely Auto”-nun və yeni LYNK & CO brendinin inkişafına rəhbərlik edir.
Qay Börqoyn (Guy Burgoyne)
Şanxay dizayn studiyasının rəhbəri
Qay Börqoyn sirli bir insandır; Britanıyada doğulmuş, İsveçdə karyerasını qurmuş və Avstraliya ləhcəsi ilə danışan birisi kimi o, qlobal avtomobil sənayesinin məhsuludur.
Castin Skalli (Justin Scully)
İnteryer dizaynı
Castin avtomobil dizaynına 1999-cu ildə bitirdiyi İncəsənət üzrə Kral Kollecində yiyələnib.
Tarixləri daşlara həkk olunmuş, avtomobillərin hər yeni nəsli isə brend mədəniyyətinə arxalanan bir sıra iri və məşhur avtomobil brendləri ilə çalışdıqdan sonra Castin, Geely Design-ın Şanxay studiyasında işə başlayır.
Met Nikolson (Mat Nicolson)
Heykəltəraş
Met Nikolson təsvirlərin yaradıcısıdır; onun işi yumşaq gildən tamölçülü modellərin yaradılmasından ibarətdir. Bu gil modellər ən erkən mərhələlərdə bizim avtomobillərin layihələndirilməsini asanlaşdırır. Demək olar ki, onun sayəsində dizaynerlərin ideyaları ilk dəfə olaraq fiziki obyekt formasında peyda olur. Seriyaya gedəcək avtomobilin dizaynerlər komandasını tam razı salan ən son üçölçülü görüntüsü əldə olunanadək bu ideya heykəlləri daim dəyişikliklərə məruz qalacaq.