• “Geely Automobile Holdings Limited” (Group) ilin ilk yarısı üzrə mənfəətin 36,81 milyard Çin yuanı, gəlirin isə 2,29 milyard Çin yuanı olduğu barədə xəbər verir.
  • İlin ilk yarısında topdansatış bazar payı 6,1%-dən 6,5%-ə qalxmışdır.
  • 2020-ci ilin ilk yarısında cəmi satış sayı 530,446 olmuşdur.
  • Qrupun rəhbərliyi 2020-ci il tam satış hədəfini 1,32 milyon vahid olaraq, yeniləmişdir.

 

17 avqust 2020-ci il, Honkonq. “Geely Auto Group”-un Honkonq üzrə subsidiary şirkəti olan 2020-ci ilin birinci yarısı üçün aralıq nəticələrini elan etmişdir. Bu dövr ərzində Qrupun mənfəəti (Qrupun 50%-nə sahib olduğu birgə birgə müəssisə, yəni Lynk & Co birgə müəssisəsinin gəliri istisna olmaqla) 36,81 milyard Çin yuanına (xalis gəlir 2,29 milyard Çin yuanı) çatmışdır.

 

Bütün sənayelərdə olduğu kimi, 2020-ci ilin ilk yarısında “Geely Auto Group”-un fəaliyyəti CoVid-19 pandemiyasının təsirinə məruz qalmış, nəticəsə, qlobal iqtisadi fəaliyyətdə zəifləmə və qeyri-sabit beynəlxalq ticarət vəziyyəti ortaya çıxmışdır. Qeyri-müəyyənlik səbəbindən, “Geely Auto Group” istehlakçıların gözləntilərinə uyğun olaraq, yeni imkanlar və yeni artım nöqtələri yaratmağa davam etmişdir.

 

İlin əvvəlində CoVid-19 pandemiyası nəticəsində sənayenin üzləşdiyi böyük çətinliklərə baxmayaraq, Qrupun kumulyativ satışları yanvar ayından iyun ayına qədər 530,446-ya çatmış, beləliklə, Çinin avtomobil istehsalçıları arasında birinci yeri tutmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə satışın azalmasına baxmayaraq, Çinin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatlarına görə, Geely Auto-nun topdansatış bazar payı bütövlükdə Çin bazarında 2019-cu ildəki 6,1%-dən 2020-ci ildə 6,5%-ə qalxmışdır. Çin brendləri arasında Geely Auto-nun bazar payında artım 2020-ci ildə daha aşkar şəkildə artaraq, 15,3%-dən 17,9%-ə çatmışdır. Eyni zamanda Geely-nin maliyyə təkliflərinin ilin ilk yarısında yeni artım nöqtəsinə çevrilməsi ilə Qrupun gəlirləri daha da şaxələnmişdir. Geely-nin BNP Paribas ilə avtomaliyyələşmə birgə müəssisəsi olan Genius AFC-nin xalis gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 82% artaraq, 423 milyon Çin yuanına çatmışdır.

 

Q1-də geriləmələr Q2-də müsbət artım ilə əvəzlənmişdir; may və iyun aylarında Geely Auto və Lynk & Co brendinin birgə satışlarında ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq, 20% və 21%-ə qədər artım olmuşdur; bu, güclü bərpa istiqamətində irəliləyişi göstərir.

 

Qrupun rəhbər şirkəti “Geely Holding Group”-a əsasən, illər boyu tədqiqat və inkişafa sərmayə kimi güclü öhdəlik elektrikləşmə, modul konstruksiya, intellektual qoşulma və avtonom idarəetmə sahəsində əsas texnologiyaların güclü təməlinin qoyulması ilə nəticələnmişdir. 2-ci səviyyəli sürücüyə yardımın qəbul edilməsi dərəcəsi baxımından, Qrup Çində birinci yerdədir. Bu ilin ilk yarısında Volvo, Polestar və Lynk & Co avtonom idarəetmə texnologiyaları sahəsidnə dünya lideri olan Waymo ilə eksklüziv qlobal strateji tərəfdaşlığa nail olmuşdur.

 

“Geely Auto Group”-un prezidenti və baş icraçı direktoru cənab An Conghui deyib: “Qlobal avtomobil sənayesində və kompleks beynəlxalq ticarət vəziyyəti fonunda Geely Auto hər zaman tədqiqat və inkişafa və şirkətin yenilikçi bacarıqlarını təjmilləşdirməyə sadiqdir. Geely bu ilin ikinci yarısında Geely Auto Group öz istifadəçiləri üçün ən yaxşı məhsullar və xidmətlər yaratmaq məqsədilə çoxlu işləməyə, diqqətini istifadəçilərə yönəltməyə, “qarşıda duran məsələləri” “imkanlara” çevirməyə və istifadəçiləri üçün bazardakı payını artırmaq və sağlam artım üzərində işləməyə davam edəcəkdir.