Dizayn fəlsəfəsi
Geely Auto industriyadakı qlobal trendləri izləməklə yanaşı həm də öz avtomobillərində milli xüsusiyyətləri qoruyub saxlamağı önəmli hesab edir.
Dizayn fəlsəfəsi
Şirkət, diqqətini qlobal dizayn trendləri üzərində cəmləşdirir və həmçinin milli xüsusiyyətləri qoruyub saxlayır. Geely Design – gənc və dinamik qlobal bir komandadır. Geely Design – Geely tərəfindən istehsal edilən avtomobillərin avanqardı olmaqla yanaşı, həm də Geely Avtomobil Şirkətləri Qrupuna daxil olan LYNK & CO və London Elektrik Avtomobil Şirkəti (LEVC) kimi törəmə brendlərlə də əməkdaşlıq edir.
Geely Auto-nun dizayn fəlsəfəsi sadədir – Çin markası olaraq, Geely Auto qlobal tendensiyaları izləməli, lakin avtomobillərində şirkətin haradan gəldiyini əks etdirməlidir.
Münasib
Geely Auto dünya üzrə uğur qazana bilmiş və özünü təsdiq etmiş müstəqil Çin markasıdır.
Parlaq
Biz Çin sənaye təfəkkürünün zirvəsindəyik, gələcəyə nikbin baxır və uğura can atırıq.
Heyranedici
Biz qlobal avtomobillər yaratmırıq, biz Çin avtomobillərini qloballaşdırırıq.
Heyrətamiz
Ən son texnologiyalar qiymət artımı ilə əlaqələnməli deyil. Biz inanırıq ki, texnologiya hamı üçün əlçatan olmalıdır və istifadəçi interfeysinə asanlıqla inteqrasiya olunmalıdır.
Geely Auto dizaynının təməlindəki bu əsas prinsiplər istənilən istehlakçının tələblərinə cavab verməyimizi təmin edir və Geely Auto məhsullarının seqmentində lider olmasına zəmanət verir.